Azər Türk Bank xanım yazarları təbrik etdi
Bu gün Azər Türk Bankın nümayəndələri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ölkənin görkəmli yazıçı və şairə xanımları ilə görüşmüşlər. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq yazıçısı Çingiz Abdullayev tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik etmiş, səmimi arzularını bildirmiş, Bankın bu təşəbbüsünü alqışlamışlar. Azər Türk Bank adından Bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova, Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mahir Eyvazov və bankın mətbuat katibi Rauf Ağayev çıxış etmiş və xanım yazarlara gül və hədiyyələr təqdim etmişlər.
Azərbaycanın tanınmış və sevilən yazarları Kəmalə Ağayeva, Şəfayət Dağıstanlı, Alina Talıbova, Nafilə Abuzərli, Dinara Gərəkməzli və başqaları Yazıçılar Birliyinin rəhbərliyinə və belə bir tədbirin keçirilməsində təşəbbüskar olan Azər Türk Banka minnətdarlıqlarını bildirmişlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
18 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir







.jpg)





.jpg)








