UNEC tələbələri AccessBank-da daxili audit işinin təşkilini öyrənib
® AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin budəfəki qonağı bankın Daxili audit departamentinin direktoru Zaur Məhərrəmov olub.
Tələbələr qarşısında təqdimatla çıxış edən mütəxəssis rəhbərlik etdiyi departamentin iş prinsipi barədə məlumat verib. Nəzərə alsaq ki, "Access Business Talks" layihəsinin iştirakçısı olan tələbələrin böyük hissəsi gələcəyin auditorlarıdır, qonaq xeyli sayda suallarla üzləşdi. Yeri gəlmişkən, "UNEC Business English Conversation Club" layihəsində aktiv iştirak edən iştirak iki tələbə hazırda AccessBank-ın Daxili audit departamentində təcrübə keçir.
"Daxili audit xidmətinin fəaliyyəti bankın biznes və dəstək proseslərinin effektivliyinin artırılmasına yönəlib", - deyə Zaur Məhərrəmov bildirib.
Tələbələr daxili və xarici (müstəqil) auditin fərqləri ilə də maraqlanıb. Buna cavab olaraq qonaq deyib ki, müstəqil audit ildə bir dəfə maliyyə hesabatlığını yoxladığı halda, daxili audit daim banka xidmət göstərir.
Zaur Məhərrəmov əlavə edib ki, yoxlamalar bir neçə məqsəd daşıyır: "Birincisi, rəhbərlik biznes proseslərini daha da təkmilləşdirmək istəyir ki, bununla da həm vaxt, həm də vəsait qənaətinə nail olmağa çalışır. İkincisi, obyektiv və hərtərəfli daxili audit istənilən şirkətin rəhbərliyinin marağındadır. Beləliklə, rəhbərlik daxildə baş verən istənilən proseslərdən xəbərdar olur və müvafiq qərarları rahatlıqla qəbul edir".
Sualların cavablandırılması zamanı departament rəhbəri tələbələrə AccessBank-dakı təcrübəsindən müxtəlif misallar çəkib.
Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, iqtisadiyyat, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.
Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
3 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























