“NBC Bank”ın vəziyyəti məlum oldu
“NBC Bank” 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “NBC Bank”ın cəmi gəlirləri 5 milyon 521 min manat, cəmi xərcləri isə5 milyon 858 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 337 min manat əməliyyat zərəri yaranıb. “NBC Bank” Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 257 min manat da ayırdığından zərər 594 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, “NBC Bank” ASC 2018-ci ilin 1-ci rübünü 818,1 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat, cəmi xərcləri 3 milyon 938 min manat, əməliyyat mənfəəti 675 min manat təşkil etmişdi. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilmişdi.
2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “NBC Bank”ın faiz gəlirləri 610 min manat və ya 15,3% artaraq 4 milyon 584 min manat təşkil edib. 2018-ci ilin 1-ci rübündə Bankın faiz gəlirləri 3 milyon 974 min manat təşkil etmişdi. Qeyri – faiz gəlirləri isə 639 min manatdan 937 min manata yüksəlib (298 min manat çox).
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Gəlirlər ilə bərabər xərclər də artıb. Faizlər və onunla bağlı xərclər 1 milyon 125 min manat və ya 46,8% artaraq 3 milyon 529 min manat, qeyri-faiz xərcləri isə 795 min manat və ya 51,8% artaraq 2 milyon 329 min manat təşkil edib.
2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “NBC Bank” cəmi gəlirləri 908 min manat, cəmi xərcləri isə 1 milyon 920 min manat artıb. Xərclərin artması gəlirlərin artmasını üstələyib. Bu səbəbdən Bankın əməliyyat zərəri yaranıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2019-cu il tarixində "NBC Bank" 288 milyon 374 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 212 milyon 489 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2018-ci ilin sonunda Bankın 283 milyon 376 min manat cəmi aktivlərinin 204 milyon 469 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. 31 Mart 2018-ci il tarixində isə müştrilərə verilmiş kreditlər 164 milyon 628 min manat təşkil etmişdi. Son 1 ildə Bankın kredit portfeli 29,1% artıb. Müştərilərə verilən kreditlərin artması ilə Bankın gələcəkdə gəlirlərinin artacağı gözlənilir.
BANKDA DEPOZİTLƏR ARTIB
Son 12 ay ərzində "NBC Bank"da depozitlər 82 milyon 529 min manatdan106 milyon 135 min manata qalxıb (28,6% artım).
31 Mart 2019-cu il tarixində "NBC Bank" 56 milyon 498 min manat məcmu kapitala malik olub, bu da minimal tələb olan 50 milyon manatdan yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
6 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
12 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























