Almaniya universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olublar
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti 17 aprel tarixində Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə Ulduz Şokolad Fabrikinə səfər edib.
Fabrikdə baş tutan görüşün məqsədi Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında tələbə və təhsil təcrübəsinin mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.
Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib. İstehsal prosesini yaxından, həmçinin ilkin mərhələdən sona qədər müşahidə edə bilən alman qonaqlar proseslərin standartlara uyğunluğundan, eyni zamanda şəffaflığından duyduqları heyranlığı gizlətməyiblər. İnteraktiv şəkildə keçən görüşdə tələbə və müəllimlərin istehsalat, məhsulların hazırlanması, dadım prosesi və s. kimi sualları ətraflı şəkildə cavablandırılıb.
Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.
Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara Ulduz Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.
Qeyd olunmalıdır ki, Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından görə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 8 d. əvvəl
-
34 d. əvvəl
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
-
1 saat əvvəl
BOKT “KREDEX”in ünvanının dəyişməsi ilə əlaqədar lisenziyası yenilənib
-
2 saat əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Əmanətçilər üçün xüsusi təklif
Ən çox oxunanlar
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib





















