Mehmanxanalarda gecələmə azalıb, gəlirlər düşüb
2019-cu ilin yanvar-mart aylarında ölkə üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz azdır.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 61,7 faizi Bakıda, 7,8 faizi Qəbələdə, 7,5 faizi Qusarda, 4,3 faizi Naftalanda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,2 faizi Qubada, hər birində 1,3 faiz olmaqla Qax və Mingəçevirdə və 0,9 faiz olmaqla Lənkəran və Gəncədə, 0,8 faizi Şamaxıda, 0,7 faizi Tovuzda, 0,3 faizi Xaçmazda, 5,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz azalaraq 377,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 69,3 faizini təşkil edir.
Gecələmələrin 15,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 13,1 faizi Rusiya Federasiyası, 7,1 faizi İran, 6,1 faizi Türkiyə, 5,9 faizi Hindistan, 5,5 faizi Səudiyyə Ərəbistanı, 3,9 faizi Küveyt, 2,9 faizi Böyük Britaniya, 2,6 faizi Pakistan, 2,3 faizi Qətər, 2,1 faizi İsrail, 2,0 faizi İraq, 1,9 faizi ABŞ, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,1 faizi Ukrayna, 0,9 faizi Almaniya, 0,7 faizi Bəhreyn, 23,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakı şəhərində, 5,7 faizi Qəbələdə, 4,6 faizi Qusarda, 4,3 faizi Naxçıvan Muxtar Respublikasında, 3,8 faizi Naftalan şəhərində, 1,7 faizi Qubada, 0,6 faizi Gəncədə, 1,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6 faiz artaraq 167,7 minə çatmışdır.
Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az və ya 71,3 milyon manat olmuşdur ki, onun da 62,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,0 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7 faiz təşkil etmişdir. Bu göstərici Naftalanda 42,6 faiz, Şəmkirdə 38,2 faiz, Beyləqanda 27,8 faiz, Bakıda 27,7 faiz, Qusarda 22,8 faiz, Naxçıvan Muxtar Respublikasında 21,5 faiz, Qəbələdə 20,7 faiz, Şirvanda 16,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4 faiz) mart ayında qeydə alınmışdır.
AZƏRBAYCANA GƏLƏN TURİSTLƏR AZALIB
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
1 saat əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 1 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
20 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Xalq Bank 21 illiyini qeyd edir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Ən çox oxunanlar
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
















