“Bank of Baku” da maliyyə göstəricilərini açıqladı
“Bank of Baku” ASC 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar – mart dövründə “Bank of Baku”nun cəmi gəlirləri 13 milyon 751 min manat, cəmi xərcləri isə 21 milyon 504 min manat təşkil edib (xərclərin 11 milyon 483 min manatı mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırmadır). Xərclər gəlirləri üstələdiyindən Bank ilk rübü 7 milyon 752 min manat zərər ilə başa vurub.
Ehtiyata ayırma nəzərə alınmasa “Bank of Baku” ilk rübdə 3 milyon 730 min manat əməliyyat mənfəəti əldə edib.
2018-ci ilin yanvar-mart aylarında “Bank of Baku”nun cəmi gəlirləri (faiz və qeyri-faiz) 11 milyon 913 min manat, xalis mənfəəti 234 min manat təşkil etmişdi.
31 Mart 2019-cu il tarixində “Bank of Baku” 270 milyon 630 min manat cəmi aktivlərə, o cümlədən 180 milyon 926 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda Bank 300 milyon 71 min manat cəmi aktivlərə, 200 milyon 403 min manat kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























