İlk rübdə ticarət və xidmət sektoruna verilən kreditlər azalıb
2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda ticarət və xidmət sektoruna verilən kreditlər 68,8 milyon manat azalaraq 2 milyard 310.7 milyon manata düşüb. Ötən ilin sonunda ticarət və xidmət sektoruna verilən kreditlər 2 milyard 379.5 milyon manat təşkil etmişdi.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ticarət və xidmət sektoruna verilən kreditlər Yanvarda 106,7 milyon manat azaldıqdan sonra Fevralda 20,9 milyon manat, Martda isə 17 milyon manat artıb.
31 Mart 2019-cu il tarixində cəmi kredit qoyuluşları 13 milyard 58 milyon manat təşkil edib. Ticarət və xidmət sektoruna verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 17.7% təşkil edib. Ötən ilin sonunda bu nisbət 18.3% idi.
Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin ilk rübündə cəmi kredit qoyuluşları 37,7 milyon manat artıb. Kredit qoyuluşları Yanvarda 135,6 milyon manat azaldıqdan sonra Fevralda 89,9 milyon manat, Martda isə 83,4 milyon manat artıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Cəmi kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının və ya 11.9%-nin ödəmə vaxtı keçib.
2018-ci ildə ticarət və xidmət sektoruna verilən kreditlər 310,3 milyon manat artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























