Azərbaycan iqtisadiyyatı neftin bahalaşması və qaz hasilatı ilə artıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə Azərbaycanda ÜDM-nin 3,5% artacağını proqnozlaşdırır.
Bu barədə bankın may ayına olan regional iqtisadiyyata dair icmalında (Regional Economic Prospects) deyilir.
Ötən ilin noyabr ayında AYİB 2019-cu il üçün Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə görə, 2020-ci ildə respublikada ÜDM 3,3% artacaq.
"2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb ki, bu da neftin bahalaşması, eləcə də qaz hasilatı və ixracının artması ilə şərtlənib. Qeyri-neft sektoru 1,9% artıb. İnflyasiya 12,9%-dən (2017) 2,3%-dək (2018) azalıb, bu isə pul-kredit siyasətini daha da yumşaltmağa imkan verəcək”, - deyə bank qeyd edir.
AYİB-in qiymətləndirmələrinə görə, 2018-ci illə müqayisədə 2019-2020-ci illərdə ÜDM-nin nisbətən yüksək artım tempi neft-qaz sektorunda müsbət dinamika ilə bağlı olacaq.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8% artacağaını proqnozlaşdırır.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 yanvar 2019-cu il tarixinə AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 24%-i özəl sektorun, 2%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb




















.jpg)

.jpg)




