Çindən ABŞ-a cavab - ABŞ MƏHSULLARINA VERGİNİ QALDIRDI
Çin bəzi ABŞ məhsullarına qarşı gömrük vergisini qaldırdı
Çin 1 İyundan etibarən etibarlı olmaqla bəzi ABŞ məhsullarına qarşı tarifləri qaldırdı.
"Marja" xəbər verir ki, Çin Maliyyə Nazirliyi, 60 milyard dollar dəyərindəki ABŞ məhsullarına qarşı vergi tarifinin qaldırıldığını açıqlayıb. Əlavə tariflərin 5% ilə 25% intervalında dəyişəcəyi bildirilib. Tariflər 1 İyundan etibarən qüvvəyə minəcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Qeyd edək ki, 10 Maydan etibarən ABŞ 200 milyard dollarlıq Çin məhsulları üçün gömrük tarifini 10%-dən 25%-ə qaldırıb. Beləliklə, ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. Dünya iqtisadiyyatı durğunuluğa girə bilər.
TRAMPDAN ÇİNƏ YENİ XƏBƏRDARLIQ
ABŞ Prezidenti Donald Tramp Twitter-dən verdiyi açıqlamada Çin mallarına qarşı vergini daha da artıra biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ-ın Çin mallarına tətbiq etdiyi əlavə verginin amerikalı istehlakçının ödəməsi üçün bir səbəb olmadığını qeyd ABŞ Prezidenti, vergi tətbiq edilməyən bir ölkədən və ya ABŞ daxilindən alış edərək bu vergilərdən tamamilə yayınmağın mümkün olduğunu bildirib.
Çindəki bir çox şirkətin vergilər səbəbindən ölkəni tərk edərək Vyetnam və ya digər "oxşar" Asiya ölkələrinə gedəcəyini qeyd edən Tramp, Çinin ticarət müqaviləsini bu səbəbdən bağlamaq istədiyini bildirib.
Tramp, "Çində iş görəcək kimsə qalmayacaq. Çin üçün çox pisdir. ABŞ üçün çox yaxşıdır. Ancaq Çin ABŞ-dan uzun illər çox faydalandı. Çin üçün cavab tədbirləri görməməlidir. Sadəcə daha pis olacaq",- yazaraq xəbərdarlıq edib.
Their is no reason for the U.S. Consumer to pay the Tariffs, which take effect on China today. This has been proven recently when only 4 points were paid by the U.S., 21 points by China because China subsidizes product to such a large degree. Also, the Tariffs can be.....
— Donald J. Trump (@realDonaldTrump) 13 мая 2019 г.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 23 d. əvvəl
-
39 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"






















