Almaniya şirkəti ABŞ-lı rəqibini 9 milyard avroya alır
Dünyanın qabaqcıl çip istehsalçılarından biri olan Almaniyanın "İnfineon" şirkəti, ABŞ-lı rəqibi "Cypress Semiconductors" şirkətini 9 milyard avroya satın almaq üçün razılaşma imzalayıb.
"Marja" "İnfineon"dan verilən açıqlamaya istinadən xəbər verir ki, "Cypress Semiconductors" Alman şirkətinin bir səhminə 23,85 dollar təklifini qəbul edib.
Söz mövzusu təklif, "Cypress Semiconductors"un səhminin 15 Aprel və 28 May tarixlərindəki 30 günlük ortalama qiymətindən 46% yüksəkdir.
Satınalmanın cəmi dəyəri təxminən 9 milyard dollardır. Razılaşma "Cypress Semiconductors"un səhmdarların təsdiqinə təqdim ediləcək.
Satınalmanın lazımi icazələr alındıqdan sonra 2019-cu ilin sonu və ya 2020-nin ilk aylarında tamamlanması gözlənilir.
Açıqlamaya görə, satınalma avtomobil, sənaye və Əşyaların İnterneti (IoT) kimi yüksək bazarlarda böyük potensial yaradacaq.
"İnfineon"un 40 min 100 min işçisi var. Frankfurt birjasında səhmləri ticarət olunan şirkətin keçən il satış gəliri 7,6 milyard dollar təşkil edib.
Açıqlamadan sonra "İnfineon" şirkətinin səhmləri təxminən 7 % ucuzlaşıb, "Cypress Semiconductors" şirkətinin səhmləri isə təxminən 26% bahalaşıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























