PAŞA Bank “Ən innovativ banklar" siyahısına daxil edilib
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bank sektoruna yeniliklərin gətirilməsində fəal rol oynadığına görə ötən ilin yekunlarına əsasən MDB və Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq sahəsində “Ən innovativ banklar" siyahısına daxil edilib. Bankın mükafat ilə təltif edilməsi beynəlxalq bank icması “SME Banking Club” tərəfindən Tbilisidə keçirilən V illik beynəlxalq bank konfransı çərçivəsində baş tutmuşdur.
PAŞA Bankın Kiçik və Orta Sahibkarlıq Xidmətləri departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə PAŞA Bankın bu mükafata layiq görülməsi bankımızın SME bankçılığı sahəsinin doğru istiqamət üzrə inkişafının və bu istiqamətdə əldə edilmiş nəticələrin layiqincə qiymətləndirilməsinin təzahürüdür.
"Ötən il ərzində biz bazara təklif etdiyimiz məhsul və xidmətlər çeşidini genişləndirmək, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını sadələşdirmək və onların maliyyələşdirilməsini iki dəfə artırmaq ilə yanaşı, bizneslər üçün yeni texnoloji həllər təqdim etdik. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq PAŞA Bank əlverişli həll yolu olan korporativ “Tacir kart” məhsulunu bazara çıxardı, eləcə də hesablaşma-kassa əməliyyatlarında yeni yanaşma olan tarif paketlərini təqdim etdi. Artıq bu gün fərdi sahibkarlar və hüquqi şəxslər innovativ həll sayəsində yalnız 5-10 dəqiqə ərzində onlayn hesab açmaq imkanına sahibdirlər. Kiçik və orta sahibkarlıq sektorunun iqtisadiyyatın inkişafının ən vacib təkanverici qüvvələrindən biri olduğunu dərk edərək bu sektorun xidmət ilə təmin olunması, rahat və innovativ həllərin təmin edilməsi PAŞA Bankın növbəti illərdə fəaliyyətinin prioritet istiqamətlərindən biridir", - deyə A. Qolovko bildirib.
Regiondakı aparıcı maliyyə qurumlarının iştirak etdiyi bu tədbirdə "Bankların transformasiyası, rəqəmsal bankçılıq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, innovasiyalar və marketinq strategiyaları" əsas müzakirə mövzusu olmuşdur. Konfrans əsnasında ekspertlər kiçik və Orta biznesin nümayəndələrinin qarşılaşdığı problemlər, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, fintek şirkətlərin dinamik inkişafı və digər aktual mövzular ətrafında fikir mübadiləsi apardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 30 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb

























