“Bank Standard”ın ləğv prosesinə ildə 3 milyon manat xərclənir”
“Bank Standard” QSC-nin ləğv edilməsinə başlanandan onun bir dənə də olsun əmlakı satılmayıb”.
Bunu Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
Qeyd edək ki, bu gün Komitənin növbəti iclası keçirilir.
Ə.Həsənovun sözlərinə görə, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Bank Standard”a məxsus əmlakların saxlanılmasına rübdə 40 min manat, yəni ildə 160 min manat sərf edir.
“Ümumilikdə, Bankın ləğv prosesinə ildə 3 milyon manat xərclənir. Bəzən mənə deyirlər ki, “Bank Standard”ın əmlaklarının satılması üçün sədrlikdən çıxmağımı gözləyirlər”, - deyə o qeyd edib.
Ə.Həsənov ADIF-ə qarşı əlavə ittihamlar da səsləndirib: “Kreditorlar Komitəsi “Bank Standard”ın bu ilin I rübünün yekunu üzrə maliyyə hesabatını əldə etmək üçün Fonda müraciət edib. Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin imzası ilə daxil olan məktubda bildirilir ki, hesabat məhkəməyə təsdiq üçün göndərilib və təsdiqləndikdən sonra Komitə onu məhkəmədən əldə edə bilər. Bankdakı əmanətçilərin pullarının qaytarılmamasına əsas maneə ADIF-dir. Mən sizi buna əmin edirəm və deyirəm ki, pullarınızı 2021-ci ildən tez ala bilməyəcəksiniz”.
Hüquqşünas bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasını da ittiham edib: “Palata və ADIF bir-birinin işini ört-basdır edir”.
Ə.Həsənov Kreditorlar Komitəsi daxilində də problemlərin olduğunu və bu səbəbdən istefa vermək istədiyini də qeyd edib: “Bəzi kreditorlar mənimlə birgə prezidentə göndərilən müraciətə imza atıb, amma digər tərəfdən müxalifət liderlərinə müraciət edirlər. Onlar da mənə zəng edib görüş istəyirlər. Təbii ki, mən belə görüşlərə getmirəm.
Üstəlik, son zamanlar görürəm ki, aranızda fikir ayrılığı yaranıb. Kimsə kimisə bəyənmir, Bu isə işimizə mane olur. Biz bir olmalıyıq. Aranıza nifaq salanlar Komitənin ləğv olunmasını istəyirlər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 32 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb



























