Azərbaycanda məşğul əhalinin 31%-i muzdla işləyir
2019-cu il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 151,6 min nəfər olmuş, onlardan 4 milyon 898,5 min nəfərini məşğul əhali təşkil etmişdir.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 583,3 min nəfər (məşğul əhalinin 30,7%-i), o cümlədən iqtisadiyyatın dövlət sektorunda 895,7 min nəfər, qeyri-dövlət sektorunda isə 687,6 min nəfər təşkil etmişdir.
İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 548,9 min nəfər çalışmışdır.
Rəsmi statistikaya görə, Azərbaycanda 253,1 min nəfər işsiz var.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.
Xidmət sahəsində işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
İqtisadi fəal əhali (işçi qüvvəsi) - bütün işləyənlərin (məşğul) və işsizlərin məcmusudur. İqtisadi fəal əhali məşğulluq növlərinə görə aşağıdakı kimidir: iqtisadiyyatda məşğul olanlar, din xadimləri, hərbi qulluqçular, işsizlər. Həm muzdla (işin daimi, müvəqqəti, mövsümi, təsadüfi və ya birdəfəlik olub-olmamasından asılı olmayaraq), həm də müstəqil iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar bura aid edilirlər. Belə olan tərzdə, dövlət müəssisə və təşkilatlarında, xüsusi və qarışıq mülkiyyətdə olan müəssisələrdə, kəndli təsərrüfatlarında işləyənlər, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, öz şəxsi təsərrüfatlarında çalışanlar və ayrı-ayrı şəxslərə xidmət edənlər məşğulların sayında nəzərə alınır.
Muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi (kontrakt, saziş) bağlamış bütün işçilərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















