Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb
Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 303,3 min manat və yaxud 13,05% çoxdur.
DGK-dən verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 milyon 325,4 min manat və yaxud 13,2% artaraq 80 milyon 19,1 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaları 25 milyon 369,2 min manat və yaxud 12,5% artaraq 227 milyon 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 milyon 263,5 min manat və yaxud 18,8% artaraq 20 milyon 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud 11,6% artaraq 3 milyon 323,1 min manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında isə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 65 milyon 161 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446 milyon 164 min manat və yaxud 27,6% çoxdur.
6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71 milyon 79 min manat və yaxud 17,4% artaraq 483 milyon 958 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmalar 309 milyon 939 min manat və yaxud 27,8% artaraq 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə daxilolmalar 61 milyon 541 min manat və yaxud 81,8% artaraq 136 milyon 799 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 milyon 983 min manat və yaxud 16,75% artaraq 20 milyon 165 min manat təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















