“PAŞA Bank”ın mənfəətində ikiqat artım
“PAŞA Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 51 milyon 703 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 1-ci yarısını 22 milyon 162 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PAŞA Bank”ın xalis mənfəəti 2,3 dəfə artıb.
“PAŞA Bank” 2017-ci ilin 1-ci yarısını 13 milyon 531 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında 80 milyon 769 min manat təşkil etmiş faiz gəlirləri cari ilin ilk 6 ayında 100 milyon 265 min manata yüksəlib (19 milyon 496 min manat və ya 24,1% artıb).
“PAŞA Bank”ın qeyri-faiz gəlirləri isə ötən ilin ilk 6 ayında 13 milyon162 min manat ikən, bu ilin ilk 6 ayında 21 milyon 340 min manat təşkil edib (8 milyon 178 min manat və ya 62,1% artıb).
2019-cu ilin 1-ci yarısında “PAŞA Bank”ın cəmi gəlirləri 121 milyon 605 min manat, cəmi xərcləri isə 70 milyon 238 min manat təşkil edib. Xərclər xaric bankın 51 milyon 368 min manat mənfəət vergisi xərcindən əvvəl mənfəəti formalaşıb. Bank 335 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank cari ilin birinci yarısını 51 milyon 703 min manat xalis mənfəət ilə bağlayıb.
2018-ci ilin yanvar-iyun dövründə PAŞA Bankın cəmi gəlirləri 93 milyon 931 min manat, o cümlədən faiz gəlirləri 80 milyon 769 min manat, qeyri-faiz gəlirləri 13 milyon 162 min manat təşkil etmişdi.
AKTİVLƏRİ YARIM MİLYARD MANATDAN ÇOX ARTIB
30 İyun 2019-cu il tarixində “PAŞA Bank” 4 milyard 430 milyon 357 min manat cəmi aktivlərə malik olub. Ötən ilin eyni tarixində Bankın cəmi aktivləri 3 milyard 901 milyon 761 min manat təşkil etmişdi. Beləliklə, 12 aylıq dövrdə “PAŞA Bank”ən cəmi aktivləri 528 milyon 596 min manat və ya 13,5% artıb.
Müştərilərə verilən kreditlər isə 364 milyon 878 min manat və ya 35,2% artaraq 1 milyard 402 milyon 114 min manata çatıb.
“PAŞA Bank”ın müştərilər qarşısında öhdəlikləri isə ötən ilin 30 İyun tarixindəki 3 milyard 253 milyon 678 min manatdan 3 milyard 626 milyon 765 min manata yüksəlib (373 milyon 87 min manat çox).
30 İyun 2019-cu il tarixində “PAŞA Bank” 363 milyon 358 min manat cəmi balans kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
-
39 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
44 d. əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
45 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
2 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib


























