Azərbaycan qiymətli kağızları bazarında ilk - YERLİ VALYUTDA İLKİN 10 MİLYON
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzun müddətdir sıx əməkdaşlıq aparılmaqdadır.
Palatdan "Marja"ya daxil olmuş məlumnatda bildirilir ki, görülmüş işlər nəticəsində Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcəkdir.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 16 iyul 2019-cu il tarixində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.
"Adıçəkilən banka məxsus istiqrazların yerli valyutada kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında emissiyası Respublikamız üçün əlamətdar hadisədir və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiyanın, əməkdaşlığın və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcəkdir,- Palatanın məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarlarının inkişafı”na dair 2-ci strateji hədəfində emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, listinqə çıxışı məhdudlaşdıran amillərin aradan qaldırılması, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və yeni listinq prosedurlarının hazırlanması müəyyən edilmişdir. Qeyd edilən tədbirlərin icrası məqsədilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyasına qanunvericilikdə mane olan amillərin aradan qaldırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarı haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanmış və həmin dəyişikliklər 1 fevral 2019-cu il tarixində qüvvəyə minmişdir. Eyni zamanda beynəlxalq təşkilatlarının emissiyasının təşviq edilməsi məqsədilə Bakı Fond Birjasının listinq qaydalarına dəyişikliklər edilərək, beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun daha sadə listinq tələbləri müəyyən edilmişdir. Həyata keçirilmiş tədbirlər beynəlxalq təşkilatların yerli qiymətli kağızlar bazarına olan marağını artırmış və əlavə stimullar formalaşdırmışdır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz ətrafı ölkələrinin regional inkişafı və əməkdaşlığına dəstək məqsədi ilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştiraka fokuslanmışdır.
Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcəkdir. Həmçinin, sözügedən təşkilat tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub.
Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 13 d. əvvəl
-
-
22 d. əvvəl
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
- 24 d. əvvəl
- 32 d. əvvəl
-
2 saat əvvəl
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
-
2 saat əvvəl
Bakıda "Xaricdə Təhsil Sərgisi 2025" keçiriləcək - GİRİŞ PULSUZDUR
-
2 saat əvvəl
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
Biznesiniz üçün QISA NÖMRƏ alın
Ən çox oxunanlar
Çində istehlak qiymətləri oktyabrda artıma qayıdıb, istehsalçı qiymətlərindəki azalma isə üç ildir davam edir
Pfizer, Metsera-nı 10 milyard dollara alır
Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir










.jpg)







