"Azər Türk Bank"da Rəqəmsal Transformasiya Mərkəzi yaradılıb, rəhbər təyin edilib
Azər Türk Bank İnformasiya Texnologiyaları və Biznes proseslərinin idarə edilməsi departamentlərinin bazasında Rəqəmsal Transformasiya Mərkəzi (RTM) yaradıb.
Bankın yaydığı məlumatda bildirilir ki, RTM-in təşkili komandanın ümumi hədəfi üzrə ayrı-ayrı çarpaz funksiyaları yerinə yetirən rəqəmsal biznesin inkişafını, keyfiyyətə nəzarəti, proqramçılar, süni intellekt üzrə analitik və mütəxəssislərin fəaliyyətini ehtiva edir.
Yeni mərkəz MVP və prototiplər, rəqəmsal tətbiqlər, yeni rəqəmsal nəslə aid mükəmməl bank məhsul və xidmətləri hazırlayır.
CustDev prosesinin və rəqəmsal təcrübənin genişləndirilməsi üçün mərkəzin bazasında Müştəri Təcrübəsinin öyrənilməsi üzrə Laboratoriya (ATB CX LAB) da yaradılıb. Bu laboratoriya dərin araşdırma və müsahibələrin aparılmasına, irəli sürülən təşəbbüslərin formalaşdırılaraq sınaqdan keçirilməsinə, eləcə də bank müştərilərinin rəqəmsal ehtiyaclarının öyrənilməsinə imkan verir.
Mərkəzin rəhbəri vəzifəsinə Ramin Həşimzadə təyin edilib. O, mürəkkəb rəqəmsal tapşırıqların icrası və məhsulların yaradılması üzrə əhəmiyyətli təcrübəyə malikdir. İT departamentinin rəhbəri vəzifəsi isə F.Mustafayevə həvalə olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























