"Onlar da Manatda istiqraz emissiya etmək niyyətindədirlər” - PALATANIN İDARƏ RƏİSİ
"Asiya İnkişaf Bankı da manatda istiqraz emissiya etmək barədə niyyətini bildirib".
“Marja” xəbər verir ki, bunu jurnalistlərə, Maliyyə Bazarlarına Nəzarət Palatasında Kapital Bazarına Nəzarət İdarəsinin rəisi Samir İsmayılov bildirib.
"Maliyyə Bazarlarına Nəzarət Palatası beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. Artıq Qara Dəniz Ticarət və İnkişaf Bankı manatda 10 milyon manatlıq istiqraz emissiya etdi və dünən Bakı Fond Birjasında uğurla yerləşdirildi. Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda milli valyutada ilk istiqraz buraxılışı kimi tarixə düşdü. Həmçinin, Asiya İnkişaf Bankı da manatda istiqraz emissiya etmək barədə niyyətini bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankı və digər xarici maliyyə institutuları ilə danışıqlar aparırıq. Onlar da Manatda istiqraz emissiya etmək niyyətindədirlər”.
Xəbər verdiyimiz kimi, 01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manatlıq korporativ istiqrazları üzrə hərrac keçirilib. Hərracda tələb təklifi 8 dəfə üstələyib. İstiqrazlara investorlar tərəfindən 63 sifariş ilə 85 milyon manatlıq tələb olub.
Ətraflı oxu: Azərbaycanda tarixi istiqraz yerləşdirilməsində rekord göstəricilər
Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 41 d. əvvəl
-
- 54 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























