Talıbov və Əsgərov 50 milyon manatlıq layihənin gedişi ilə tanış olublar
Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının (UEZ) tikintisi həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov 2 avqust tarixində tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Bu barədə "Marja"ya "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.
AZAL Prezidenti Cahangir Əsgərov məlumat vermişdir ki, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək.
Layihə çərçivəsində nəzərdə tutulmuşdur:
- Uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək;
- Hava limanı ətrafı ərazidə irimiqyaslı qurutma işlərinin aparılması;
- Maneələrin aradan qaldırılması üçün uçuş və eniş zonasında 800 min kubmetrdən çox torpaq işləri görüləcəkdir;
- ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək);
- təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması;
- uçuş-enmə zolağına avtomatlaşdırılmış metereoloji müşahidə sensorlarının quraşdırılması;
- yeni avtomatlaşdırılmış Hava Hərəkəti İdarəetmə (HHİ) sisteminin alınması;
- peyk siqnallarını təmzimləyən yerüstü naviqasiya stansiyasının quraşdırılması;
- hava-yer radiorabitə vasitələrinin yenilənməsi;
- gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağının hər iki istiqaməti üçün işıq-siqnal avadanlığının quraşdırılması.
Layihənin ümumi dəyəri 50 milyon manat təşkil edir. Naxçıvan Hava Limanının ikinci zolağının istismara verilməsi 2019-cu ilin sentyabr ayına planlaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və AZAL Prezidenti Cahangir Əsgərov görülən işlərdən məmnunluğunu bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişlər.
Qeyd edək ki, sonuncu yenidənqurma zamanı Naxçıvan Beynəlxalq Hava Limanında iki yeni terminal - qərb və şərq terminalları işə salınmışdır. Aerovağzal ərazisində biznes zal, kafe və restoranlar, ana və uşaq otaqları, ilk tibbi yardım məntəqəsi və sərnişinlər üçün digər zəruri xidmətlər mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"





















