Bakıda yol hərəkəti ilə bağlı yeni tədbirlər görüləcək - SİYAHI
Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb.
Bu barədə Agentliyin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, prospektin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatlıq doğurduğundan ərazi təhlil edilmiş və qəzaların başvermə səbəbi kimi aşağıdakı problemlər qeydə alınıb:
- Prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmaması. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər 2 yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
- Yolda sürət həddinin yüksək olması. Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.
- Sürücülərin ara məsafəsini gözləməməsi. Nəticədə sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.
Yuxarıda göstərilənlər nəzərə alınaraq, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan hissəsində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə aşağıda göstərilən tədbirlərin qısa müddət ərzində icra edilməsi təklif edilib:
- Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılması;
- Yolda sürət həddinin ilkin olaraq 120 km/saatdan 110 km/saata endirilməsi;
- Sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının (əlavə olunur) tətbiq edilməsi;
- Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi Heydər Əliyev prospektində yol nəqliyyat hadisələrinin sayının azalmasına, baş verən qəzalar zamanı ölüm riskinin aşağı düşməsinə imkan verəcək.
Bundan əlavə, hal-hazırda mütəxəssislərimiz tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədi ilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
-
- 7 d. əvvəl
- 12 d. əvvəl
- 36 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb





















