"Avro "dəli kimi" düşür, Fed heç bir şey etmir"
Avronun dollar qarşısında "dəli kimi" düşdüyünü qeyd edən ABŞ Prezidenti Donald Tramp, "Bu onlara ixrac və istehsalda böyük üstünlük verir və Fed heç bir şey etmir" ifadələrini istifadə edib.
ABŞ Prezidenti Donald Tramp son aylarda tez-tez etdiyi kimi, "Twitter" üzərindən yenə ölkənin mərkəzi bankı Fed-i hədəf alıb.
"Marja" xəbər verir ki, Avronun dollar qarşısında "dəli kimi" düşdüyünü bildirən Tramp, "Bu onlara ixrac və istehsalda böyük üstünlük verir və Fed heç bir şey etmir! Dollarımız tarixin ən güclü səviyyəsindədir. Qulağa xoş gəlir, elə deyilmi? ABŞ xaricində mal satmağa çalışan istehsalçılar üçün deyil" ifadələrini istifadə edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Tramp növbəti "tweet"ində isə bunları qeyd edib: "Bir tarif problemimiz yoxdur, (Pis və ya ədalətli olmayan oyunçuları tənzimləyirik) Fed problemimiz var. Heç bir fikirləri yoxdur!"
Prezident Donald Tramp tez-tez Fed-in daha çox faiz endirilməsi lazım olduğunu dilə gətirir. O, faizin endirilməsinin dolları ucuzlaşdıracağına və ticarət müharibəsində ABŞ-a üstünlük yaradacağına inanır.
Bu həftə Avro dollar qarşısında daha da ucuzlaşıb və Avro 1.10 dollardan da aşağı düşüb. Cümə günü Avro/Dollar məzənnəsi 0,6% miniusda olmaqla 1.0992 səviyyəsində bağlanıb.
The Euro is dropping against the Dollar “like crazy,” giving them a big export and manufacturing advantage...and the Fed does NOTHING! Our Dollar is now the strongest in history. Sounds good, doesn’t it? Except to those (manufacturers) that make product for sale outside the U.S.
— Donald J. Trump (@realDonaldTrump) August 30, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)







