Sentyabrda iqtisadi gündəm qızacaq
Sentyabrda iqtisadi gündəm açıqlanacaq faiz qərarları,statistik məlumatlar və açıqlamalar ilə isinəcək.
Sentyabr ayında ölkə xaricində və daxilində mühüm məlumatlar açıqlanacaq.
"Marja" xəbər verir ki, bazarların istiqaməti üzərində mərkəzi bankların faiz qərarları həlledici olacaq. Sentyabr ayında Avropa Mərkəzi Bankı (ECB) və ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarlarını açıqlayacaqlar.
Faiz qərarını ECB 12 Sentyabrda, Fed isə18 Sentyabrda açıqlayacaqdır. Fed-in bu il ikinci dəfə faiz endirimi edəcəyi gözlənilir. Trampın təzyiqinə görə, faiz endiriminin kəskin olub-olmayacağı bazarların diqqətindədir. Ticarət müharibələri ilə səngiyən qlobal iqtisadi artım, inflyasiyanın zəif qalması və Brexit qeyri-müəyyənliyi Fed-i faiz endirməyə məcbur edir.
ECB-nin faiz qərarı, monetar genişlənmə və Avropa iqtisadiyyatının ümumi gedişinə dair verəcəyi açıqlamalar bazarların gündəmində yer alacaq.
12 Sentyabrda Türkiyə Mərkəzi Bankının da İdarə Heyəti toplaşacaq. Türkiyə Mərkəzi Bankı iyul ayı toplantısında faizi 425 bənd aşağı salaraq 24%-dən 19,75%-ə endirmişdi.
Sentyabrda ABŞ - Çin arasında davam edən ticarət danışıqları, Brexit qeyri-müəyyənliyi bazarlarda yaxından təqib ediləcəkdir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Ölkə daxilində, Azərbaycan Mərkəzi Bankı 13 Sentyabrda faiz qərarını ictimaiyyətə açıqlayacaqdır.
İyulda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.50%-dən 8.25%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.25%, aşağı həddi isə 6.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Azərbaycan Mərkəzi Bankı 2019-cu ildə 5 dəfə faiz endirib.
2017-ci ildə Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.
Ddünya liderlərinin iştirak edəcəyi İqlim Zirvəsi, Böyük Britaniya parlamentinin yay tətilindən qayıdaraq 9 Sentyabrda yenidən tətilə çıxması və Avstriyadakı erkən ümumi seçkilər sentyabrda dünya gündəmində qarşıya çıxan əsas başlıqları arasında yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)




.jpg)






