Bakıda daha 4 “SOCAR” YDM istifadəyə veriləcək - ÜNVANLAR
“SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il ərzində yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 27-yə çatdırmağı planlaşdırıb. Bu məqsədlə il ərzində daha 4 YDM-nin istifadəyə veriləcəyi nəzərdə tutulub.
“SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov bildirib ki, yeni YDM-lər Bakı şəhərində olacaq. Onlardan Xətai rayonu, Nobel prospektində 10560.0 m2 sahədə fəaliyyət göstərəcək 6 ədəd yanacaq postu olan YDM yaxın vaxtlarda istifadəyə veriləcək. Yasamal rayonunda “maşın bazarı” adlanan sahənin yaxınlığında 5465.0 m2 ərazidə yerləşəcək 4 ədəd yanacaq posta malik YDM-nin isə artıq tikintisinə başlanılıb. Binəqədi rayonu, Bakı-Novxanı yolunun sol tərəfində “heyvan bazarı” deyilən ərazidə 8000.0 m2-i sahədə yerləşəcək 4 ədəd yanacaq pompası və 2 ədəd dizel postu, həmçinin Z.Bünyadov prospektində 6000.0 m2 sahədə tikilməsi nəzərdə tutulmuş 4 ədəd yanacaq pompası və 1 ədəd dizel postu olacaq YDM-lərin tikintisinə yaxın vaxtlarda start veriləcək.
T. Seyidov dövlətimizin başçısı cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq bunun rəhbərlik etdiyi müəssisədən də yan keçmədiyini bildirib. Qeyd edib ki, “SOCAR Petroleum” QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir. QSC Azərbaycan hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini daha da genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır. Qurum bu istiqamətdə fəaliyyətinin davamı kimi ötən il də 4 YDM-nin açılışını edib ki, bu da Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti olan yeni iş yerlərinin açılması deməkdir. Bununla da 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərinin sayını 30 faizdən çox artırmağa nail olmuş “SOCAR Petroleum” bu siyasətə öz töhfəsini vermiş olub.
Baş direktor onu da qeyd edib ki, “SOCAR Petroleum” QSC-nin struktur və bölmələrində nəzarət mexanizmini daha da gücləndirmək məqsədilə mütəmadi olaraq yerlərdə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları yoxlanılır və bununla bağlı profilaktiki tədbirlər həyata keçirilir. Yerlərdə işçilərin gigiyenası və sağlamlığı mütəmadi olaraq yoxlanılıb və bir ili tamam olmuş işçilər təkrar tibbi müayinədən keçmək üçün müvafiq səhiyyə təşkilatına göndərilib. Görülən işlərin nəticəsində 2016-cı ildə Cəmiyyətin struktur və bölmələrində bədbəxt hadisə baş verməyib.
© “İki sahil”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
- 6 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)








.jpg)



