Banklar əhalinin pullarından 3,8% qarşılığında istifadə edirlər
Azərbaycan bankları əhalinin pullarından orta hesbala 3,8% qarşılığında istifadə edirlər. Orta faizin bu qədər aşağı olmasının səbəbləri xarici valyutada cəlb edilmiş əmanətlər üzrə orta faizin çox aşağı olması, cəmi əmanətlərin 37,2%-ni təşkil edən tələb olunanadək əmanətlər üzrə orta faizin sıfıra yaxın səviyyələrdə olmasıdır.
“Marja” Mərkəzi Bankın "Fiziki şəxslərin əmanətlərinin strukturu" adlı statistikasına istinadən xəbər verir ki, Avqust ayının əvvəlinə fiziki şəxslərdən cəlb edilmiş əmanətlərin cəmi məbləği 8 milyard 580 milyon manat təşkil edib. Cəlb edilmiş cəmi əmanətlər üzrə orta faiz dərəcəsi 3,8% təşkil edib.
Milli valyutadakı 3 milyard 745 milyon manatlıq əmanətlər orta hesabla 6,5%, xarici valyutadakı 4 milyard 835 milyon manat əmanətlər isə orta hesabla 1,6% ilə cəlb edilib.
Cəmi əmanətlərin 3 milyard 195 milyon manatı və ya 37,2%-i tələb olunanadək, 5 milyard 385 milyon manatı və ya 62,8%-i müddətli əmanətlər olub. Cəmi əmanətlərin 27,6%-ni və ya 2 milyard 371 milyon manatını milli valyutada müddətli əmanətlər, 35,2%-ni və ya 3 milyard 14 milyon manatını xarici valyutada müddətli əmanətlər təşkil edib.
Milli valyutadakı 2 milyard 371 milyon manatlıq müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 10,2%, xarici valyutadakı 3 milyard 14 milyon manatlıq müddətli əmanətlər üzrə orta faiz dərəcəsi isə 2,6% təşkil edib. Xarici valyutadakı müddətli əmanətlərin milli valyutadakı müddətli əmanətlərdən yüksək olması diqqəti cəlb edir.
Tələb olunanadək əmanətlər üzrə orta faiz dərəcəsi milli valyutada 0,2%, xarici valyutada 0,1% təşkil edib. Qısası, banklar 3 milyard 195 milyon manatlıq tələb olunanadək əmanətlər üzrə cüzi faizlər ödəyirlər.
Əmanətlərin 94%-i və ya 8 milyard 51 milyon manatı Bakı şəhəri və Abşeron iqtisadi rayonundan cəlb edilib. Digər regionlardan cəmi 529 milyon manat əmanət cəlb edilib.
Məlumat üçün bildirək ki, bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























