Bayram günlərində Unibankın hansı filialları işləyəcək?
Unibank Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, bol ruzi-bərəkət arzulayır.
Bayram günləri olmasına baxmayaraq, bankın bir sıra filialları müştərilərə xidmət etməkdə davam edəcək.
Ölkə əhalisi və eləcə də bayram münasibəti ilə respublikamıza gələn xarici ölkə vətəndaşları bayram günlərində Unibankın Bakıda yerləşən 14 saylı (Füzuli küçəsi15, qapı 4 , ( Beş mərtəbə adlanan ərazi) ) və 17 saylı (Bülbül prospekti 10 , (Sahil metrosunun yanı) ) filiallarının xidmətindən faydalana biləcəklər. Əsas turizm zonalarından olan cənub bölgəsinə səfər edən turistlərə və eləcə də ölkə vətəndaşlarına isə “Lənkəran” filialı xidmət göstərəcək. Bayram günlərində paytaxtdakı filiallar martın 18-dən 26-dək, səhər saat 09.00-dan axşam 21.00-dək fəaliyyət göstərəcək. “Lənkəran” filialı isə 18-22 mart tarixlərində saat 12.00-dan 18.00-dək müştərilərin üzünə açıq olacaq.
Unibank müştəriləri bayram günlərində kredit ödənişlərin Unibank, E-manat və Milli Ön ödəmə terminallarında nağd şəkildə, unibank.az və hesab.az saytlarında isə onlayn edə biləcəklər. Unibank Mobile isə bayram günlərində günün 24 saatı istifadəçilərinə xidmət edəcək. Smartfon istifadəçiləri kredit və kommunal ödənişlərini, kart-hesab əməliyyatlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile-la həyata keçirə biləcəklər.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
5 saat əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
5 saat əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
6 saat əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”


















