Heyvandarlıq təsərrüfatlarında böyük maraq var - ƏKİNİ ARTIRILACAQ
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən ənənəvi və alternativ yem bitkilərinin əkini, keyfiyyət göstəriciləri və qidalılığı, emalı, hazırlanma texnologiyası ilə bağlı birgə elmi-tədqiqat işləri aparılır. Bu məqsədlə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında 1,5 hektar sahədə amarant bitkisi əkilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, aprel ayının ikinci ongünlüyündə əkilmiş amarant bitkisi avqust ayında toxum üçün biçilib. Amarant bitkisinin becərilməsi zamanı kimyəvi vasitələrdən istifadə edilməyib, minimum becərmə işləri aparılıb. Bitkinin yaşıl kütlə, toxum məhsuldarlığı və keyfiyyət göstəriciləri yüksək olub. Əldə olunan məhsul yaşıl yem kimi iribuynuzlu cins mal-qara tərəfindən həvəslə mənimsənilib. Eyni zamanda, toxum məhsulu da tədarük edilib. Toxumun quşlar üçün yem kimi hazırlanma texnologiyası haqqında da məlumatlar hazırlanıb.
Amarant bitkisinə heyvandarlıq təsərrüfatlarında böyük maraq və ehtiyacı nəzərə alaraq hər iki institutun əməkdaşları bölgələrə səfər edərək təlimlər keçəcək, fermerləri məlumatlandıracaqlar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
22 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























