Azərbaycanda şirkətlərin sayı 11 faizdən çox artıb
Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.
Cari ilin avqust ayında 1.372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.
Hesabat dövründə 64.329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31.946 təşkil edir və aktiv ƏDV ödəyicilərinin sayı 18.622 vahidə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.
Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.
Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Cari ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
25 d. əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
-
32 d. əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 33 d. əvvəl
-
38 d. əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ehtiyac yaransa, ABŞ İrana yenidən zərbə endirə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
Ən çox oxunanlar
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi












.jpg)







.jpg)



