Azərbaycan gömrüyündə Çin texnologiyasından istifadə ediləcək - Huawei ilə razılaşma

Sentyabrın 11-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
İmzalanma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və "Huawei" şirkətinin təmsilçiləri iştirak ediblər.
Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.
Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni innovasiya yönümlü layihələrə böyük üstünlüklər veririk - deyə sözünə davam edən İ. Hüseynov İT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. İqbal Babayev qeyd edib ki, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları, biznes ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Sədr müavini Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. "Huawei" şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da qeyd edib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Vurğulanıb ki, son illər Azərbaycan və Çin arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq günü-gündən dərinləşir.
"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Yeni texnologiyaların tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən Janq Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin İT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. SənədiDövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və "Huawei Tech. Azerbaijan" MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank 9 aylıq maliyyə göstəricilərini açıqladı - BANK DAHA DA BÖYÜYÜB
Son Xəbərlər

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
Ən çox oxunanlar

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
