Azərbaycanda 6 BOKT-un aktivləri 10 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 45 bank olmayan kredit təşkilatından (BOKT) 3-ü mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
Bunlar "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services"dir.
2017-2018-ci illərdə fəaliyyət göstərmiş 42 BOKT-dan isə 6-sı - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" illik maliyyə hesabatını açıqlamayıb. Hesabat vermiş qalan 36 BOKT-dan 6-nın aktivləri 10 milyon manatdan çoxdur. Bunlar "Aqrarkredit" (13 milyon 517 min manat), "Para" (71 milyon 75 min manat), "Embafinans" (29 milyon 645 min manat), "Finoko" (23 milyon 665 min manat), "TBC Kredit" (23 milyon 547 min manat) və "Molbulak"dır (16 milyon 185 min manat). 22 BOKT-un aktivləri 1-10 milyon manat arasında, 8 BOKT-un aktivləri isə 1 milyon manatdan azdır.
36 BOKT-dan 17-si ötən il aktivlərini artırıb. Bunlar "Kəpəz", "Effektinvest", "Finex Kredit", "Finoko", "International", "PSG Kapital", "Molbulak", "Avrasiya-Kredit", "Embafinans", "Merkuri", "Finans İnvest", "Kredex", "İcraçı Kredit Agentliyi", "Qafqaz Kredit", "Azinvestkredit", "İdeal Kredit" və "Kredaqro"dur. Ən yüksək dinamika "Kəpəz"də (5,3 dəfə), ən aşağı dinamika isə "Kredaqro"da (0,3%) qeydə alınıb.
Qalan 19 BOKT-un isə aktivləri azalıb. Ən çox azalma "TCF"də (84,3%), ən az azalma isə "Kredit Servis"də (0,1%) qeydə alınıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























