Sağlamlıq və gözəlliyə həsr olunmuş sərgilər keçiriləcək - TARİX
6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.
Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
“Medinex” sərgisi 3 zonadan ibarət olacaq.
- Showcase zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.
- Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona – İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.
- Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.
“Medinex” sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm; yaşlı nəsil üçün məhsullar; diyetologiya; tibbi təhsil; BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.
“Medinex” sərgisi ilə eyni platformada Qafqaz regionunda gözəllik sənayesinə həsr olunmuş ən irimiqyaslı, Azərbaycanda isə yeganə tədbir olan Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi “Beauty Azerbaijan” keçiriləcək. Sərgidə kosmetoloji avadanlıqlar, dekorativ kosmetika və bir sıra digər sektorlar təqdim olunacaq. Həmçinin “Beauty Azerbaijan” sərgisi çərçivəsində “Master Class Area” (Ustad dərsi zonası) fəaliyyət göstərəcək – bu zona, yenilikləri hədəf auditoriyaya təqdim etmək üçün ideal platforma olmaqla yanaşı, unikal bacarıqlarınızı paylaşmaq, yeni məhsul və ya xidməti maraqlanan auditoriyaya təqdim etmək üçün əlverişli məkandır.
Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sahə mütəxəssislərini bir araya gətirən və biznes əlaqələrinin qenişləndirilməsi, habelə satış cooğrafiyasını artırmaq üçün əla fürsətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 37 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

























