"35 ton məhsul toplaya biləcəyəm, bu da 11 min manat qazanc deməkdir"
Ötən il pambığın növlər üzrə alış qiymətinin 50 manat artırılması neftçalalı fermerlərdə ruh yüksəkliyi yaradıb. İndi məhsul istehsalçıları becərdikləri pambıq sahələrindən daha çox məhsul götürmək üçün ilk gündən işə inamla başlayıblar.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il neftçalalı fermerlər 5 min hektar sahədə pambıq əkiblər. Səpin dövründən tutmuş yığıma kimi bütün işlər aqrotexniki qaydada həyata keçirildiyindən tarlalarda bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə pambıq sahələrindən 282 ton məhsul toplayaraq tədarük məntəqələrinə göndəriblər. Hər gün sahələrdən 40–45 ton məhsul toplanılır.
Uzun illər pambıqçılıqla məşğul olan təcrübəli pambıq ustası Qulammirzə Hacıyev cari təsərrüfat ilində 10 hektar sahədə pambıq becərib. “Ötən il əkdiyim 8 hektar pambıq sahəsinin hər hektarından 32 sentner məhsul yığaraq 7500-8000 manat qazanc götürmüşəm. Bu il də sahəmdə məhsul boldur. İndiyədək sahədən 2 ton məhsul toplamışam. Hər hektarın məhsuldarlığı 35 sentner olub. İlk nəticə göstərir ki, bu mövsüm sahəmdən 35 tondan çox məhsul toplaya biləcəyəm. Bu da 11 min manat qazanc deməkdir. Dövlətin pambıqçılığın inkişafına verdiyi dəstək, məhsulun alış qiymətinin ilbəil artırılması fermer dostlarım kimi, mənim də işə olan marağımı artırıb. Dövlətin dəstəyinə arxalanaraq növbəti illərdə əkin sahəmi 15 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
21 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























