"Güclü və zəif alkoqollu içkilərə fərqli aksiz dərəcələri tətbiq edilməlidir"
Sentyabr ayının 16-da Bakıda, Azərbaycanda spirtli içkilər bazarındakı ümumi vəziyyət, xüsusən də, yerli istehlakçıların, habelə dünya istehlakçılarının maraqları və seçimlərinin müqayisəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycanın Azad İstehlakçılar Birliyi tərəfindən təşkil edilmiş müzakirələrdə Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, iqtisadi ekspert Toğrul Vəliyev, Dayanıqlı İnkişaf Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev iştirak ediblər.
Mütəxəssislər qeyd ediblər ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, pivə və arağın tərkibində bir qram təmiz spirt üçün aksiz vergisinin nisbəti 1:3 olmalıdır, Azərbaycanda isə bu nisbət 1:1.25 təşkil edir, bu da uzunmüddətli perspektivdə əhalinin alkoqolizasiyasına səbəb ola bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov giriş nitqində ölkənin istehlak bazarında satılan alkoqollu içkilərin keyfiyyəti məsələsinə toxunaraq, spirtli içkilərin əlçatanlığını, xüsusən, güclü və zəif alkoqollu içkilərə fərqli aksiz dərəcələrinin tətbiqi və yaşı 18-ə çatmayan şəxslərə satışı məhdudlaşdıran siyasətin tətbiqinin vacibliyini qeyd ediblər.
Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, öz növbəsində, vətəndaşlar arasında alkoqollu, hətta energetik içkilərin ziyanı barədə maarifləndirmə tədbirlərinin aparılmasının, alkoqol istehlakı mədəniyyətinin aşılanmasının, həmçinin uşaqlar arasında alkoqol istehlakının ziyanı haqqında davamlı təbliğatın aparılmasının vacibliyini bildirib.
İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, Azərbaycanda ən çox istehlak olunan spirtli içki pivədir. Belə ki, əgər 2018-ci ildə satılan alkoqollu məhsulların ümumi dəyəri 361 692,5 min manat təşkil edibsə, onun 165 514,7 min manatını (45.76%) pivənin satışı təşkil edib. Arağın satışı 146 704,9 min manat və ya bütün satışların 40.56%, şərabın isə 34 943,1 min manat və ya satışın 9.66%-ni təşkil edib. Ümumiyyətlə, 2018-ci ildə içki bazarının yalnız 1,95% -ni spirtli içkilərin satışı təşkil edib.
Davamlı İnkişaf Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev iştirakçıları alkoqolizmin ölkə əhalisinin genetik tarazlığının pozulmasına, müxtəlif xəstəliklərin inkişafına, insan ömrünün qısalmasına, əhalinin reproduktivliyinə təsirinə diqqət yetirməyə çağırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























