Palata investisiya şirkətinin lisenziyasını yeniləyib
Maliyyə Bazarlarına Nəzarət Palatası "Plato Capital and Co.İnvestisiya Şirkəti" ASC-yə lisenziya verib.
“Marja” xəbər verir ki, şirkətə müddətsiz lisenziya 5 Sentyabr 2019-cu il tarixində təqdim edilib.
Lisenziya şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib. Lisenziya bütün əsas və yardımçı xidmətlər göstərməyə icazə verir.
"Plato Capital and Co.İnvestisiya Şirkəti" ASC-nin lisenziyasının yenilənməsi ilə lisenziyalı investisiya şirkətlərinin sayı 9-da qalır.
“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin direktoru Mansur Məmmədov “Report”a bildirib ki, şirkət bu ilin sonuna qədər fəaliyyətini tam bərpa edəcək.
Xatırladaq ki, bu maliyyə qurumu 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə, 2019-cu ildə isə "Plato Capital and Co.İnvestisiya Şirkəti" ASC-yə dəyişib. Onun nizamnamə kapitalı 580 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə adı açıqlanmayan xarici investora məxsusdur.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Əsas və yardımçı investisiya xidmətləri “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi haqqında Qaydalar” “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” ilə tənzimlənir. İnvestisiya şirkətləri tərəfindən hesabatlarının tərtib və təqdim olunması “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- Fərdi investorların portfelinin idarə edilməsi;
- İnvestisiya məsləhətlərinin verilməsi;
- Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- Marja ticarəti.
Yardımçı investisiya xidmətləri (əməliyyatları):
- Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
- Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib





















