Əhalinin banklara kredit borclarının artması sürətlənib – BİR AYDA 170 MİLYON MANAT
Əhalinin və şirkətlərin banklara borcu artmaqda davam edir. Əsasən istehlak kreditləri hesabına müştərilərə verilən kreditlər artır.
31 Avqust 2019-cu il tarixinə bankların müştərilərə verdiyi cəmi kreditlər 13 milyard 526 milyon 400 min manat təşkil edib.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, müştərilərə verilən kreditlər İyul ayının sonu ilə müqayisədə Avqustda 184 milyon 100 min manat artıb.
Avqustda xalis kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric cəmi müştərilərə verilən kreditlər) isə 169 milyon 700 min manat artaraq 12 milyard 42 milyon 200 min manata qalxıb.
2018-ci ilin sonu ilə müqayisədə 8 ay ərzində müştərilərə verilən kreditlər 898 milyon 100 min manat, xalis kreditlər isə 892 milyon 900 min manat artıb.
ƏHALİNİN BORCUNU ARTIRMASININ SƏBƏBİ
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev hesab edir ki, kreditlərin artmasının əsas səbəbi ölkə əhalisinin gəlirlilik səviyyəsinin artmasıdır: "İndiki dövrdə isə əhalinin gəlirlərindəki, eləcə də iş yerlərindəki artım və bu kimi səbəblərdən mövcud kriteriyalara uyğun şəxslərin sayı, nəticə etibarı ilə istehlak kreditləri artmağa başlayıb. Burada sual yaranır ki, bir şəxsin gəliri artıbsa, o niyə kredit götürür? İnsanlar pul yığıb ev almaq əvəzində daha tez olduğu üçün ipoteka krediti əldə etməyə üstünlük verirlər və ya evlərini daha tez təmir etdirmək istəyir, yeni mebellərinə daha tez qovuşmaq niyyətindədirlər, daha uzun istirahəti üstün tuturlar və s. İstehlak krediti deyə bir məhsulun yaranmasının səbəbidə elə budur: gələcəkdəki mümkün istehlakı cari dövrdə reallaşdırmaq istəyi".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 d. əvvəl
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























