Elita niyə fərdi villalardan daha çox villa şəhərciklərinə üstünlük verir?
Zəngin insanların üstünlük verdiyi yaşayış məkanları arasında villalar xüsusi yer tutur. Son dövrlər bu zümrə özlərinin inşa etdirdiyi fərdi villalardan daha çox, villa şəhərciklərinə üstünlük verməyə başlayıb. Dünyada geniş yayılan tendensiya Azərbaycanda da trendə çevrilib.
Bu səbəbdəndir ki, Azərbaycanda ard-arda premium və lüks sinif villa şəhərcikləri salınmağa başlayıb. Ölkəmizdə elitar təbəqənin şəxsi villa əvəzinə villa komplekslərindən ev almağa üstünlük vermələrinin səbəbləri nələrdir?
Bakıda öz fərqli dizaynı və konsepsiyası ilə seçilən, “Villa Siena” kompleksinin müəllifi "AS" şirkətlər qrupunun Marketinq və Satış Departamentinin direktoru Emin Abasov mövzuya aydınlıq gətirib:
- Elit villa alarkən bir neçə amilə çox diqqət yetirilir: yerləşmə, ətraf mühit, qonşular, dizaynı və keyfiyyəti, şəhər mərkəzi ilə məsafə, tikilinin ölçüsü, otaq sayları, otaqların ölçüləri ve yerləşməsi, infrastrukruru. Bunlar adətən sosial statusundan və maliyyə vəziyyətindən asılı olmayaraq hər daşınmaz əmlak alan şəxsin xüsusən fikir verdiyi nüanslardır. Lüks və pemium seqment üçün isə ayrıca mənası var. Bu sinifə aid şəxslər üçün villalar şəhərin səs küyündən uzaq, lakin mərkəzə gələn magistrallara yaxın, ekologiyası təmiz yerlərdə yerləşməlidir. İstirahət mərkəzlərinə, çimərliklərə yaxın olması əlavə üstünlük hesab olunur.
Tikilinin özünün keyfiyyəti, eksteryer və interyer dizaynın eksklüzivliyi öz yerində. Bu nüanslar fərdi villalarda da ola bilər. Villa şəhərciklərinin üstünlüyü isə kompleksə daxil olan villaların qiymətlərinin bir-birinə yaxın olması və bu səbəbdən təxminən eyni maddi gəlirə malik yüksək təbəqə insanların oxşar, səliqəli dizayna malik villalarda qonşu olmasıdır. Varlı şəxslər daim özlərinə uyğun kütlənin əhatəsində olmaq istəyirlər.
Buzovnada yerləşən “Villa Siena” şəhərciyində biz kübar şəxslərə xitab edirik. İtalyanın toskana memarlıq stilində inşa edilmiş cəmi 28 gözoxşayan villa təklif olunur. Villalar ümumi sahədə yerləşsələr belə, hər bir villanın ayrıca ərazi nəzərdə tutulub ki, burada hovuz, yay mətbəxi, manqal və digər istirahət yerləri mövcuddur. Kompleksdə yaşayan şəxslər burada fəaliyyət göstərən və onların rahatlıqlarını təmin edən müxtəlif iaşə obyektlərinin xidmətlərindən istifadə edə biləcəklər. Ümumi kompleks ərazisində villa sahiblərinin işçiləri və sürücüləri üçün də xüsusi istirahət yerləri nəzərdə tutulub. Kompleks ərazisi 24 saat yüksək səviyyəli mühafizə ilə təmin edilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 22 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















