Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır
® Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“EduExpo”) rəsmi tərəfdaşıdır.
Bu ilki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.
Tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – 2019 Nəsimi ili” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinova təqdim edildi.
Sərgi dünyanın 22 ölkəsindən 150 iştirakçını bir araya gətirib. Beynəlxalq Təhsil Sərgisində hər il olduğu kimi aparıcı ali təhsil müəssisələri, o cümlədən, orta ixtisas təhsil müəssisələri və ixtisasartırma mərkəzləri iştirak edirdi. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxil edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























