Yeni binalarda mənzillər bahalaşıb
Oktyabr ayında yeni tikililərdə mənzillərin qiyməti artıb.
Bunu “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.
“Yeni tikililərin bir çoxunda qeydiyyatla bağlı sənədləşmə işləri həyata keçirilir. Azərbaycan bazarı üçün xarakterik olan bir xüsusiyyət var ki, qeydiyyat prosesi başa çatdıqdan sonra bazarda mənzillərin qiyməti əvvəlki dəyərindən 10-15% fərqlənir. Eyni zamanda, ötən ildən başlayaraq tikinti prosesinə nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirməsi ilə bu sahədə yeni qaydalar tətbiq edilib. Həmin qaydalar çərçivəsində tikinti şirkətlərinin xərcləri bir qədər artıb. Bütün bunlar yeni tikililərdə qiymət artımına gətirib çıxaran amillərdir. Köhnə mənzillərdə isə hər hansı bir qiymət dəyişməsi müşahidə olunmayıb”,- o deyib.
Ramil Osmanlı qeyd edib ki, eyni zamanda, potensial alıcı kütləsinin bir hissəsi İpoteka Kredit və Zəmanət Fondunun həyata keçirəcəyi kirayə mənzil layihəsi ilə bağlı bir müddət gözləmə mövqeyi tutub ki, bu da bazarda tələbi aşağı salıb.
Ekspert Mərkəzinin direktoru əlavə edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər təqribən 14%, təkrar mənzil bazarında isə 7,7% artıb:
“İlin sonuna qədər mənzil bazarında satış qiymətlərinin 2-3% artımı gözlənilir. Kəskin qiymət artımı üçün isə heç bir səbəb görmürəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



