"Xaricdə təhsil zamanı əldə etdiyim bilik və bacarıqları gənclərə ötürürəm" - MÜSAHİBƏ

Həmsöhbətimiz “Azərbaycan-Böyük Britaniya Məzunları” İctimai Birliyinin (AUKAA) üzvü, SOCAR-ın Strateji inkişaf şöbəsinin rəis müavini Təbriz Əmmayevdir.
- İlk olaraq təhsilinizdən başlayaq. Hansı universiteti bitirmisiniz?
- 2008-ci ildə 685 balla Azərbaycan Dövlət Neft Akademiyasının "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisasına qəbul olunaraq Prezident təqaüdçüsü olmuşam. Magistr təhsilini isə İngiltərənin Bristol Universitetində "Maliyyə, mühasibatlıq və menecment" ixtisası üzrə almışam.
- Xaricdə təhsil almaq istəyi haradan yarandı və bunu necə həyata keçirdiniz?
- Əslində, xaricdə təhsil almaq bir anda verilən emosional bir qərar deyildi. Bunun təməli hələ tələbəlik illərində “Yay Məktəbi” layihəsində iştirak zamanı qoyulmuşdu. Məktəb SOCAR-ın Xarici Təqaüd Proqramının ilk məzunları tərəfindən təşkil edilmişdi. Həmin məzunların söhbətlərindən, məsləhət və tövsiyələri ilə özümün də marağına düşdü təhsilimi xaricdə davam etdirmək. Beləliklə, bakalavr təhsilimi başa vurandan sonra Xarici Təqaüd Proqramı üçün müraciət edərək seçildim və 2012-ci ilin sentyabr ayında 1 illik Böyük Britaniyaya yollandım.
- Azərbaycana qayıdandan sonra harada işləməyə başladınız və əldə etdiyiniz biliklər işinizdə nə dərəcədə gərəkli oldu?
- SOCAR-ın idarələrindən birində çalışdıqdan sonra baş ofisə Hasilatın Pay Bölgüsü Sazişi layihələrində milli kontent üzrə əlaqələndirici vəzifəsinə təyinat aldım. İşim neft qaz əməliyyatlarında yerli resurslardan istifadənin artırılması, yəni yerli şirkətlərin layihələrə daha çox cəlb olunması idi. Müvafiq satınalmalarda yerli müəssisələrin payının artırılması, yerli istehsalın inkişafı proqramı, beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi və sair istiqamətlərdə iş aparırdım.
Əslində neft-qaz sahəsində müəyyən dərəcədə iş təcrübəm olduğu üçün əldə edəcəyim bilikləri hansı istiqamətdə tətbiq edəcəyimi təsəvvür edirdim. Həmin bilikləri tətbiq edə biləcəyim komandada çalışmağım onları həm tətbiq etməyə, həm də genişləndirməyə imkan yaratdı. Magistratura təhsilinin mənə verdiyi önəmli bacarıqlardan biri kimi alternativlərin tapılması və ya kreativ yanaşmanı xüsusi qeyd etmək istəyirəm. Belə ki, müxtəlif vaxtlarda müəyyən layihələr məndən yenilikçi bir yanaşmanın, həllin tətbiqini tələb edir.
Lakin peşəkar fəaliyyətim yalnız bununla yekunlaşmır. Xaricdə təhsil zamanı əldə etdiyim bilik və bacarıqları gənclərə ötürürəm.
- Gənclərə ötürülməsi deyəndə nəyi nəzərdə tutursunuz?
- Artıq beş ilə yaxındır tədris etdiyim fəndən və proqramdan asılı olaraq həftədə 1-2 dəfə axşam saatlarında UNEC-də MBA tələbələrinə dərs deyirəm. Burada İdarəetmə iqtisadiyyatı, Beynəlxalq biznes və əməliyyatların idarəolunması fənlərini tədris edirəm. Xaricdə təhsil alıb Azərbaycana qayıtdıqdan bir il sonra mənə belə bir təklif gələndə, onu böyük həvəs və məmnunluqla qəbul etdim. Akademik sahədə çalışmaq, əldə etdiyim bilik və peşəkar vərdişləri gənc nəslə ötürməyə dair hər zaman içimdə bir həvəs və istək olub. Digər tərəfdən, insan akademik həyatın içində qalmaqla daha gümrah olur, öz biliklərini mütəmadi olaraq yeniləyir. Hesab edirəm ki, öyrətmək məqsədi ilə öyrənəndə daha effektiv olur.
Tədris vaxtı yaranan bilikləri zaman-zaman praktikada tətbiq etmək və əksinə işdə qazandığım praktiki bilikləri tələbələrə ötürmək imkanım yaranır. Tələbələrim arasında çox maraqlı yanaşmaları olan, öyrənməyə həvəsli olanlar çoxdur. Bu, mənə böyük motivasiya verir və belə tələbələrlə çalışmaq özümə də maraqlı gəlir. İş elə gətirib ki, bəzi tələbələrim hətta mənimlə həmkardırlar, bəziləri isə əlaqədar işlədiyimiz dövlət qurumları və özəl müəssisələrdə çalışırlar. Müəyyən vaxtlarda başqa ali təhsil ocaqlarından da təklif almışam tədris etməklə bağlı, lakin özümü çox yükləməmək üçün bir universitetdə tədrislə kifayətlənirəm. Çünki müəllim kimi çalışmağımın əsas işimin keyfiyyət göstəricilərinə mənfi mənada təsir etməsi yolverilməzdir.
- Elmi dərəcə almaq barədə düşünürsünüzmü?
- Doktorantura üçün mənə maraqlı olan bir mövzu tapmışam, onun üzərində araşdırma da aparıram. Ancaq daha dərindən təhlil aparmaq istəyirəm ki, elmi işim, ilk növbədə, praktiki tətbiq baxımından dəyərli olsun. Bunun üçün isə kifayət qədər təcrübə əldə etməyim vacib amildir. Yəni yaxın 3-4 ildə yetərincə təcrübə topladıqdan sonra bunu reallaşdırmağı düşünürəm. MBA təhsilini biznes universitetləri arasında dünya üzrə ilk onluqda qərarlaşan ali təhsil ocaqlarından birində almağı nəzərdən keçirirəm. Doktorantura təhsilini harada almağım isə seçəcəyim mövzuya bağlı olacaq. Əgər elmi işim milli iqtisadiyyatın inkişafına həsr olunacaqsa, doktorantura təhsilini burada almağım daha uyğun olar.
- Tədrislə bağlı olmayan kitablar oxumağa vaxtınız qalırmı?
- Vaxtın düzgün bölüşdürülməsi effektiv nəticənin əldə edilməsində mühüm rol oynayır. Bu mənada əlbəttə ki, kitab oxumağa da vaxt ayırıram. Hər il Azərbaycan və ingilis dillərində xeyli kitab oxuyuram. Oxuduğum kitablar, əsasən, şəxsi inkişaf və biznes strategiya mövzusundadır. Bunlar Robert Kiyosaki, Deyl Brekendric Karnegi, Bil Qarli, Filip Kotler, Cefri Foks və sairlərinin müəllifi olduqları kitablardır. Hazırda oxuduğum kitab "Strategy beyond the hockey stick" adlanır və strategiyaya daha modern, üst səviyyədə yanaşmadan bəhs edir. Çalışıram ki, kitabları oxuyarkən yazılanların real həyatda tətbiqi üzrə fikirləşim. Bu səbəbdən də onları asta və daha dərindən dərk edərək oxumağa üstünlük verirəm. Bu kitablar mənə şəxsi inkişaf üçün nə etməli olduğumu və ya etdiklərim barədə müəlliflərin yanaşmasını göstərir.
- Uğurun tərifini necə verərdiniz və ona aparan yolda hansı şəxsi keyfiyyətlərin varlığını vacib sayırsınız? Bu yolda risk nə dərəcədə mühüm amildir?
- Mənə görə uğur hər hansı yolda nəticə göstəricilərindən biridir. Müəyyən məqsədə getdikdə, geri baxıb ona bir addım yaxınlaşdığımızı görürüksə, deməli, uğurluyuq. Digər tərəfdən, məqsədimizə nə qədər yaxınıqsa, uğur dərəcəmiz də bir o qədər böyükdür. Uğura gedən yolda əzmkarlığın, məsuliyyətin, hörmət etmək və hörmət qazanmaq, zaman-zaman ali məqsəd naminə nələrisə qurban vermək bacarıqlarının olması mühümdür. Risksiz məqsədə çatmaq mümkün deyil. Lakin o geniş təhlil olunmuş, ətraflı araşdırılmış, ölçülmüş olmalıdır ki, yekunda insan büdrəməsin. Çünki büdrəmə daha geridən başlamaq deməkdir. Riski onu idarə edəcək gücə sahib olduğumuz anda üzərimizə götürməliyik.
- Təbriz Əmmayevin uğur formulu nədir?
- Mənə olan etimadı doğrultmaq məsuliyyətindən çıxış edərək hər hansı nəticənin əldə olunmasına özümü bütünlüklə kökləməkdə və həsr etməyimdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
10 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 10 saat əvvəl
-
10 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
10 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
11 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
13 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
13 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)