Azərbaycan şirkəti Tacikistanda birgə qızıl hasilatını müzakirə edib
27-30 oktyabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdə olub.
“AzerGold”-un yaydığı məlumata görə,Cəmiyyətin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov, Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər.
Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olan Böyük Kanimansur, eləcə də Altın Topkan, Ciloy, Aprelevka kimi nəcib (qızıl) metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində “AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Nümayəndə heyəti “Aprelevka” birgə müəssisəsinin baş direktoru Baxtiyor Macidovla da görüşüb, şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki baza, fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olub, “Kuş Mulla” və “Berquda” yataqlarına baxış keçiriblər.
Daha sonra tərəflər əməkdaşlıq məsələləri ətrafında danışıb, nəcib və qiymətli metal filizi sahələrində geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)



