Bakı Fond Birjası tariflərini aşağı saldı
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxılıb.
Simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınıb. Bu barədə "Marja"ya Birjadan bildirilib.
"Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilmişdir. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək",- Birjanın məlumatında deyilir.
Aşağıda qeyd olunan təsdiqlənmiş dəyişikliklər 1 Noyabr 2019-cu il tarixindən qüvvəyə minir :
Xidmət  | Köhnə tarif  | Yeni tarif  | Qeyd  | 
Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi  | 0.04%  | 0.02%  | Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.  | 
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi  | 0.04%  | 0.02%  | Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.  | 
Korporativ istiqrazların yerləşdirilməsi  | 0.04%  | 0.02%  | Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər  | 
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsi  | 0.04%  | 0.02%  | Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər  | 
Repo əməliyyatları  | 3 (üç) günədək, hər gün üçün 0,001%; 3 (üç) gündən artıq 0,003%  | 0,001%  | Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankıdan komissiya haqqı tutulmur)  | 
Yeni ticarət tarifləri Bakı Fond Birjasının internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     49 d. əvvəl
                    
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
 - 
                     1 saat əvvəl
                    
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
 - 2 saat əvvəl
 - 2 saat əvvəl
 - 
                     2 saat əvvəl
                    
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
 - 2 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
 - 3 saat əvvəl
 - 3 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
                                Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
                                Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
                                Qısa ulduz nömrələri haradan almaq olar?
                                Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
                                Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
                                Təhsildən kənarda qalan uşaqlar
                                Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb
                                Nintendo, əsas oyun konsolunun (Switch 2) artan populyarlığı fonunda satış proqnozunu 19 milyon ədədə qaldırıb
                                Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
                                BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
                                

                        
                    






.webp)






.jpg)



