“Muğanbank” 9 ayı əməliyyat mənfəəti ilə başa vurub
“Muğanbank” əməliyyat mənfəəti əldə etməkdə davam edir.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayında “Muğanbank”ın cəmi gəlirləri 43 milyon 286 min manat, cəmi xərcləri 40 milyon 299 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 987 min manat əməliyyat mənfəəti yaranıb. Lakin Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 11 milyon 241 min manat ayırdığından cari ilin 9 ayını 8 milyon 254 min manat xalis zərər ilə bağlayıb.
Qeyd edək ki, Bankın zərəri azalmaqdadır. 2019-cu ilin 1-ci rübünün yekununda "MuğanBank"ın zərəri 13 milyon 264 min manat, 2-ci rübünün yekununda isə 9 milyon 825 min manat idi.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında “Muğanbank”ın cəmi gəlirləri 43 milyon 69 min manat, cəmi xərcləri isə 42 milyon 419 min manat təşkil etmişdi. Cəmi xərclər cəmi gəlirlərdən çıxıldıqdan sonra Bank 650 min manat xalis mənfəət qalmışdı.
CƏMİ GƏLİRLƏRİ ARTIB
2018-ci ilin 9 ayında 30 milyon 185 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin 9 ayında 27 milyon 345 min manata düşüb (2 milyon 840 min manat azalma). 2018-ci ilin 9 ayında 12 milyon 884 min manat təşkil etmiş qeyri-faiz gəlirləri 2019-cu ilin 9 ayında 15 milyon 941 min manata yüksəlib (3 milyon 57 min manat artım).
Bankın cəmi gəlirlərinin 217 min manat artması ilə bərabər, xəmi xərcləri 2 milyon 120 min manat azalıb.
30 Sentyabr 2019-cu il tarixində “Muğanbank” 558 milyon 549 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 346 milyon 330 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
30 Sentyabr 2019-cu il tarixində "Muğanbank" 78 milyon 951 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)





