Azərbaycanda benzin istehsalı bərpa edildi
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan dövrü təmir işləri başa çatdırılıb və işi bərpa olunub.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ işini bir neçən gün əvvəl bərpa edib.
İşçi komandanın gərgin və fasiləsiz əməyi nəticəsində zavodda 4 əsas qurğu: dizel və reaktiv mühərrik yanacağı istehsal edən ilkin emal qurğusu, əsasən benzin və maye qazlar kimi istehlak məhsullarını istehsal edən katalitik krekinq qurğusu, digər neft məhsulları istehsal edən kokslaşdırma, katalitik riforminq qurğuları əsaslı təmir olunaraq istismara verilib.
Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi, amin regenerasiya və əlavə hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.
Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















