Artıq dünyada ən varlı 2-ci adamdır
"Amazon" şirkətinin Dubay-da yerləşən ticarət nəhəngi Souq.com saytını satın almasından sonra varlılar sıralaması da bir anda dəyişib.
"Marja" xəbər verir ki, milyarderlər sıralamasında "Berkshire Hathaway" qrupunun sahibi Uorren Buffet (Warren Buffet) və tekstil nəhəngi "Inditex"in başında duran Amancio Ortega-dan sonra gələn Cef Bezos (Jeff Bezos), iki adı da keçməyi bacarıb.
Souq.com pərakəndə saytının "Amazon"a qatılmasından sonra şirkətin səhmləri yüksələrək 18.32 dollardan ticarət olunmağa başlayıb. 53 yaşlı Cef Bezosun sərvəti də 1.5 milyard dollar artıb və 75.6 milyard dollara çatıb. Amerikalı iş adamı, beləliklə Avropanın ən varlı adamı olan Orteganı 1.3 milyard dollar, Uorren Buffetı da 700 milyon dollar ötüb.
TRUMP-IN SEÇİLMƏSİNƏ BAXMAYARAQ
8 Noyabrda Donald Trumpın ABŞ Prezidenti seçilməsinin ardından qlobal səhmlərin dəyər itirməsinə baxmayaraq, "Amazon"un banisi Bezos sərvətinə 7 milyard dollar əlavə edib. 1 il içərisindəki qazancı isə 10.2 milyard dollar olub. Eyni zamanda, dünya miqyasında Bezos-dan daha çox sərvətini artıran iki ad var.
Çinin pərakəndə nəhəngi "SF Expres"sin sahibi Wang Wei sərvətini 18.4 milyard dollar artırıb, Facebook-un qurucusu Mark Zuckerberg də daha 11.4 milyard dollar zənginləşmişdir.
Cef Bezos buna baxmayaraq, 86 milyard dollar sərvətlə dünyanın ən varlı adamı olan Bill Qeytsdən (Bill Gate) 10.4 milyard dollar geridədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




