Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda – Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.
Jurnalistlərlə görüşdən əvvəl Prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəliblər. Sonra dövlət başçıları birlikdə ABŞ senatının üzvləri ilə görüşüblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüşdə Suriya böhranını gözdən keçiriblər. Tərəflər Yaxın Şərqdə sülhsevər və azad vəziyyət yaratmağı hədəfləyirlər. Donald Tramp qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı S-400 kompleksi ilə bağlı danışıqlar davam edəcək.
Səfərin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və ABŞ Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə-ABŞ arasında təhlükəsizlik bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.
ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyəni ciddi narahat etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. Tarixçilər Türkiyə Silahlı Qüvvələrinin arxivindəki 1 milyondan çox sənədi birgə araşdıra bilərlər. Prezident, həmçinin FETÖ və İŞİD terror təşkilatları, eləcə də qaçqınlar məsələsi, terrorçuların öz ölkələrinə deportasiya edilməsi ilə bağlı vəziyyətdən də bəhs edib. Qeyd olunub ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.
Dövlət başları diqqətə çatdırıblar ki, tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılmasını hədəfləyir. Bundan başqa, Türkiyənin NATO üçün önəmli bir tərəf olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfər edib. Səfərin əsas məqsədi Suriya böhranı və ondan doğan məsələlər, o cümlədən Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etməkdir.
© Azərtac
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 37 d. əvvəl
-
52 d. əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb










.jpg)









