Topladıqları boyaq bitkilərini öz kəndlərində satacaqlar

2020-ci ildən respublikamızın ərazisində boyaq bitkilərinin tədarükünə başlanılacaq. Bu proses ölkəmizdə ilk dəfədir ki, həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Ona görə də bu ildən bölgələrdə əhali ilə maarifləndirici görüşlər keçirilir. Növbəti belə tədbir İsmayıllı rayonunun Qalacıq kəndində təşkil olunub.
Qalacıq, Sumağallı və İstisu kəndlərinin sakinlərinin iştirak etdiyi tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək son illər xalça fabriklərinin inşası, yun tədarükü, iplik istehsalı istiqamətində görülən işlər barədə danışıb.
Qeyd olunub ki, hazırda "Azərxalça"nın 21 filialı fəaliyyət göstərir. Səhmdar Cəmiyyətin filiallarından 4-ü Şirvan bölgəsində - Kürdəmirdə, Qobustanda, Qəbələdə və İsmayıllıda yaradılıb. Onlardan 2-si İsmayıllı rayonundadır.
Bildirilib ki, “Azərxalça”nın filiallarının və respublikamızda fəaliyyət göstərən özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilib. Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Həmin məntəqələrdə bu ilin may ayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun emaldan keçdikdən sonra ondan iplik hazırlanacaq və həmin iplik toplanan təbii boyaq bitkiləri ilə boyanacaqdır.
Beləliklə, Azərbaycanda ilk dəfə yerli xammal əsasında sənaye üsulu ilə iplik istehsalı və boyama prosesi həyata keçiriləcəkdir.
Vidadi Muradov Şirvan zonasında bitən boyaq bitkiləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycanda 1500-ə qədər boyaq xüsusiyyətli bitki vardır. Ancaq 84 boyaq bitkisindən xalça iplərinin boyanmasında istifadə olunur. Bu boyaq bitkilərinin böyük əksəriyyəti İsmayıllı rayonunun ərazisində mövcuddur. Ona görə də tarixən bu ərazidə insanlar xalçaçılıqla məşğul olublar. Tarixən Qalacıq, Sumağallı və İstisu kəndlərində toxunan xalçalar keyfiyyətinə, rəng çalarlarına görə seçilib. Əlbəttə ki, bunun əsas səbəblərindən biri bu ərazidə yetişən boyaq bitkiləridir. Bu kəndlərin sakinləri İsmayıllı şəhərində fəaliyyət göstərən xalça emalatxanalarında çalışır, keyfiyyətli xalçalar toxuyurlar. Əminik ki, onlar boyaq bitkilərinin toplanması işində də iştirak edəcəklər.
Qeyd olunub ki, bu bölgədən toplanan boyaq bitkiləri “Azərxalça”nın Qobustandakı regional məntəqəsində tədarük olunacaq. İnsanların rahatlığının təmin olunması üçün boyaq bitkilərinin yerlərdə tədarükü həyata keçiriləcəkdir. Yəni kənd sakinləri ərazidəki meşələrdən topladığı boyaq bitkilərini Qobustana getmədən elə öz kəndlərində satacaqlar.
İdarə Heyətinin sədri deyib ki, boyaq bitkilərinin tədarükünə bu işi görəcək adamlar arasında maarifçilik işinin aparılmasından başlamaq lazımdır. Tədarük işi açıq-quru və günəşli havada həyata keçirilməlidir. Şehli və ya yağışdan islanmış bitkiləri toplamaq olmaz. Çünki bu zaman bitki xammalı düzgün qurumur və öz boyaq xüsusiyyətlərini itirir. Tədarük prosesində boyaq xammalına lazım olmayan kənar bitkilərin və lazım olmayan hissələrin qarışmasına yol verilməməlidir. Bu halda da boyaq xamalının keyfiyyəti aşağı düşür və onun boyama qabiliyyəti azalır.
Rayonun Qalacıq kənd sakini Bəxtiyar Rəhimov çıxış edərək deyib ki, xalçaçılığın inkişafına yönəldilmiş belə tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına da böyük təsir göstərir. O bildirib ki, İsmayıllı rayonunun ərazisi boyaq bitkiləri ilə zəngindir. Bu boyaq bitkilərinin toplanması heç bir xərc tələb etmir. Sadəcə zəhmət çəkmək lazımdır. Boyaq bitkilərinin tədarük olunması rayon sakinləri üçün əlavə qazanc mənbəyidir.
Bəxtiyar Rəhimov onlara göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərinə minnətdarlığını ifadə edib.
Sonra boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
15 d. əvvəl
Şahdağda yeni layihə: 20 hektarda kotteclər və yaşayış kompleksləri inşa olunacaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
51 d. əvvəl
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
-
1 saat əvvəl
Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
-
1 saat əvvəl
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb
-
1 saat əvvəl
Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir
-
2 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb
-
2 saat əvvəl
Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb
- 2 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir

Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb
Ən çox oxunanlar

Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb

"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"

Mərkəzi Bankda mətbuat konfransı keçirilib

Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi

Elektron pul təşkilatının nizamnamə kapitalı artırıldı

Dünya Bankı: Suriyanın yenidən qurulması xərci 216 milyard dollar olaraq qiymətləndirilir
