"Çin ilə razılaşma olmasa gömrük vergilərini daha çox yüksəldəcəm"
ABŞ Prezidenti Donald Tramp, Çin məhsullarını, razılaşma olmaması halında daha çox gömrük tarifi tətbiq etməklə təhdid edib.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Çərşənbə axşamı günkü kabinet yığıncağında, Çin ilə əlaqələrə dair açıqlamalar verib.
Dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ və Çin, ticarət əlaqələrində təxminən iki ildir davam edən içindən çıxılması çətin vəziyyətdədir.
Tramp Çərşənbə axşamı günkü yığıncaqda, "Əgər Çin ilə müqavilə bağlamazsaq, tarifləri daha da çox yüksəldərəm" deyib.
ABŞ və Çin, birinci mərhələ ticarət razılaşması üçün Oktyabr ayından danışıqlar aparırlar. Ağ Evin İqtisadi məsləhətçisi Larry Kudlow ötən Cümə günü etdiyi açıqlamasında, iki ölkənin ticarət razılaşmasına çox yaxın olduqlarını bildirmişdi.
Noyabr ayının əvvəlində Çin Ticarət Nazirliyinin spikeri Gao Feng, iki ölkənin bərabər və mərhələli şəkildə əlavə gömrük tariflərini ləğv etmək mövzusunda razılaşdıqlarını bildirmişdi. Daha sonra Tramp, belə bir razılaşma olmadığını bildirərək, ticarət razılaşmasına dair ümidləri azaltmışdı. Tramp, "Onlar tariflərin ləğv edilməsini istəyirlər, Mən bu məsələdə razı olmadım" demişdi.
Trampın açıqlamsından sonra, neft qiymətləri kəskin düşüb, Brent neftinin qiyməti yenidən 60 dollar səviyyələrinə geriləyib. Ticarət razılaşmasının olmamasının qlobal iqtisadiyyatda növbəti böhrana səbəb olacağı və neftə tələbin azalacağı bildirilir.
Asiya birjaları da ABŞ-Çin gərginliyi ilə kəskin geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

