Zavodlarda 5000 ton toxum emal olunub
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında mövsüm ərzində 5000 ton yerli və xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 25000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.
Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, kənd təsərrüfatı bitkilərinin yeni sortlarından və keyfiyyətli toxumlardan istifadə ayrı-ayrı bitkilər üzrə məhsuldarlığı 20-30 faiz artırmağa imkan verir: “Bu baxımdan Dövlət Toxum Fondunun 2019-cu ildə istismara verdiyi Dənli Bitkilərin Toxumlarının Emalı Zavodlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu müəssisələrdə fermerlərdən toxum materialı qəbul edilir və emal olunaraq onlara təhvil verilir.”
Qeyd edək ki, emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə qablaşdırılır.
Toxum emalı zavodları inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisələrdə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriyalar quraşdırılıb.
Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.
Keyfiyyətli toxum təchizatının həyata keçirilməsində ikinci vacib mərhələ toxumun fermerlərə əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə Toxum Fondunun yerlərdəki toxum satış məntəqləri fəaliyyət göstərir. Artıq Xaçmaz və Zaqatalada “Toxumart” ticarət nişanı altında mərkəz fəaliyyət göstərir. Yaxın zamanlarda Cəlilabad rayonunda da “Toxumart” mağazası açılacaq. Bu mərkəzlərdə həm Toxum Fondunun toxum emalı müəssisələrində, həm də digər yerli toxum istehsalçılarının məhsulları ilə tanış olmaq və sifariş etmək mümkündür. “Toxumart” şəbəkəsinin bundan sonra genişlənərək ölkənin müxtəlif bölgələrində yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























