OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb
OPEC-in baş katibi Mohammad Barkindo, xam neft ehtiyatlarının azalmağa başladığını və bunun, bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməkdə olduğunun bir işarəsi olduğunu söyləyib.
285 milyon barel olaraq hesablanan neftbazalardakı xam neft ehtiyatları, OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq neft qiymətləri üzərində hələ də təzyiq yaradır.
"Maja" xəbər verir ki, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman, istehsalın azaldılması razılaşmasının İyun ayından sonra üçün də uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt, ehtiyatların beş ilin ortalamasına düşməsi lazım olduğunu qeyd edib.
Keçən həftə, OPEC-in istehsal azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley, neft ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.
Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 Mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcəkdir.
Bakı vaxtı ilə 07:10-a olan məlumata görə, Brent nefti 52,83 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




