Azərbaycanın kredit təşkilatının direktoru dəyişdi
Bank olmayan kredit təşkilatı "Falcon Finance" MMC-nin direktoru dəyişib.
Şirkətdən "Marja"ya bildirilib ki, direktor Cavid Qurbanlı vəzifəsindən azad edilib, eyni zamanda, yerinə İbrahim Salmanlı təyin edilib.
“26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin struktur qurluşunda ciddi dəyişikliklər edilmişdir. Belə ki “Falcon Finance” Məhdud Məsiliyyətli Cəmiyyətinin təsisçiləri öz paylarını İmanov Səxavət Əliş oğlu (50% lik pay sahibliyi) və Tağıyev Vüsal Nizami oğlu (50% lik pay sahibliyi) olmaqla satılıb. Dəyişikliyə müvafiq olaraq Müşahidə şurasının yeni tərkibi İmanov Səxavət Əliş oğlu (Sədr), Tağıyev Vüsal Nizami oğlu (Üzv) və İmanov Anar Səxavət oğlu (Üzv), Direktoru isə Salmanov İbrahim Elşən oğlu təyin ediliblər.
“Falcon Finance” BOKT-nin yeni tərkibdə starateji baxışı yenilənmiş olan peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərmək, cəmiyyətin sosial həyatında aktiv iştirak edərək dinamik inkişaf edən təşkilat olmaqdır”, - “Falcon Finance”dan “Marja”ya bildirilib.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində “Falcon Finance” MMC-nin direktoru Ağca Hidayətzadə vəzifəsindən azad edilmiş, onu Cavid Qurbanlı əvəz etmişdi.
2018-ci ilin sonunda “Falcon Finance” MMC 311 min manat cəmi aktivlərə (130 min manatı müştərilərə verilən kreditlər) və 300 min manat nizamnamə kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















