Azərbaycan şirkətinin Rusiyada hotelini istismara verməsinə az qaldı
Rusiya və dünyanın ən uzun çaylarından olan Yenisey çayının sahilində Azərbaycan şirkəti - "Benkons" MMC-yə məxsus "Ene-Say" 4-ulduzlu hotel kompleksinin inşa işlərinin böyük hissəsi yekunlaşıb.
"Monavista" saytının verdiyi xəbərə görə, bunu "Benkons Group Azerbaijan"ın törəməsi - "Benkons" MMC-nin baş direktoru Şərif Hacıyev bildirib. O, hotelin bu yay mövsümündə istismara veriləcəyini deyib.
"Hotelin tikintisinə 2014-cü ildə başlanılıb. İlkin olaraq hotelin bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin inşaatçılarımız layihəni daha tez yekunlaşdıra bildiklərinə görə, mehmanxana kompleksinin açılışını da irəli tarixə çəkdik", - deyə Ş.Hacıyev əlavə edib.
Qeyd edək ki, "Ene-Say" hotel kompleksinin ümumi sahəsi 16 min kv.metrdir. Kompleksdə 108 otaq, 2 prezident nömrəsi, 31 "apartament" kateqoriyalı otaq, 75 studiya otaq olacaq. İkinci mərtəbə isə ofislər üçün ayrılıb. Həmçinin, burada hotel xidmətinə uyğun infrastruktur - 100 ziyarətçilik restoran, lobbi-bar, SPA-salon, hovuz və s. nəzərdə tutulub.
"Hazırda "Benkons" gələcəkdə hotelin idarəçiliyinin kimə keçəcəyi ilə bağlı danışıqlar aparır. Müxtəlif variantlar - "Hilton", "Marriott" nəzərdən keçirilir. Lakin çox güman ki, hotelin idarəçiliyi Rusiyanın "Azimut Hotels" şirkətinə həvalə olunacaq. Bütün bu məsələlər həllini tapdıqdan sonra, hotelin qiymət siyasəti də müəyyənləşəcək", - deyə Ş.Hacıyev əlavə edib.
Hoteldə ən azı 70 nəfərin işlə təmin edilməsi gözlənilir və burada yerli kadrlara üstünlük veriləcək.
Məlumata görə, "Benkons" MMC hotelin inşasına 2 mlrd. rubldan (təxminən 35,7 mln. ABŞ dolları) artıq investisiya yatırıb. Qoyulan məbləğin 5-6 ilə geri götürülməsi planlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







